Kanada hakimiyyəti vəziyyətin gərginləşməsi fonunda İsrail və Qəzza zolağında fəaliyyət göstərən humanitar təşkilatlara 7,3 milyon dollarlıq yardım ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hüseyn bildirib.

Vəsaitin bir hissəsini Kanada Qızıl Xaç Cəmiyyəti və onun tərəfdaşları alacaq. Məlumata görə, Qəzza zolağının və İsrail sakinlərinin qida, su və təcili tibbi yardım xidmətlər üçün maliyyəyə ehtiyacları var.

 

Gözəl Həşimova