Kanadanın Milli Müdafiə naziri Anita Anand ölkənin Kral Hərbi Hava Qüvvələrinə (Hava Qüvvələri) beşinci nəsil F-35A qırıcıları almaq planlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

Ümumilikdə, Kanada ümumilikdə 14 milyard dollara 88 təyyarə almağı planlaşdırır. Ölkənin Kral Hərbi Hava Qüvvələri ilk dörd qırıcını 2026-cı ildə, sonrakı altısını 2027-ci ildə, digər altısını isə 2028-ci ildə almalıdır. Amerikanın Lockheed Martin korporasiyası tərəfindən istehsal edilən qalan təyyarələr sonrakı illərdə gələcək.