Türkiyənin İzmir vilayətinin Çeşme və Foça rayonları sahillərində 20 qeyri-qanuni mühacir xilas edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. 

Məlumata görə, Çeşmə sahillərində Sahil Mühafizəsinin pilotsuz uçuş aparatı tərəfindən rezin qayıqda olan 41 nizamsız mühacir, Foça sahillərində isə rezin qayıqda olan 39 immiqrant aşkarlanıb və onlar saxlanılıb.

Bundan başqa, qruplar Çeşmə sahillərində qanunsuz hərəkət edən mühacirlərin olduğu xəbəri ilə bölgəyə gedib və yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 20 immiqrantı xilas edib.