İzmirin Dikili, Menderes, Çeşmə və Foça rayonları sahillərində 125 immiqrant xilas edilib, 47 immiqrant isə yaxalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, Dikili və Menderes rayonları sahillərində rezin qayıqlarda immiqrantların olduğu barədə Komandanlığa məlumat daxil olub. Bundan sonra Sahil Mühafizəsinin qayıqları bölgəyə göndərilib.

Qruplar Yunanıstan tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan qayıqlarda olan 125 immiqrantı xilas edib.

Çeşmə və Foça rayonları sahillərində isə rezin qayıqlarda olan 47 immiqrant Sahil Mühafizəsi qrupları tərəfindən yaxalanıb.