İtaliyada martın 19-dan bəri ilk dəfə olaraq koronavirusdan sutka ərzində ölənlərin sayı rekord aşağı səviyyədə olub.

Bu barədə “The Local” Yerli Mülki Müdafiə İdarəsinin rəhbəri Ancelo Borrelli məlumat verib.

Onun sözlərinə görə, ötən gün koronavirusdan 431 ölüm qeydə alınıb.

“Xəstəxanalarımıza daha az xəstə gəlir”, - deyə Borrelli bildirib.

Bununla yanaşı, o, 1984 yeni yoluxmanın aşkarlandığını, 100 mindən çox insanın isə müalicəsinə davam edildiyini vurğulayıb.