NATO qoşunları Ukraynaya daxil olarsa, üçüncü dünya müharibəsi riski yarana bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tacani RAI telekanalına deyib.

"Biz Ukraynanın beynəlxalq hüquq və azadlığını qoruyuruq, lakin Rusiya ilə müharibə aparmırıq, Kiyevə hər cür hərbi, iqtisadi və texniki vasitələr veririk, amma müharibəyə girmək, fikrimcə, yanlışdır və bütün italyanlar və sağlam düşüncəli insanlar bunu istəyir", - Tacani qeyd edib.

İtaliyanın xarici işlər naziri Qərb ölkələrinin Qırmızı dəniz və digər bölgələrdəki hərəkətləri barədə müsbət fikirlər səsləndirib: "Hərbçilərimiz Qırmızı dənizdə gəmilərimizi qoruyur, Livanda, Afrikada və İraqda yaxşı işlər görürlər, sülh və azadlığın daşıyıcılarıdır".