İtaliyanın daxili işlər naziri Matteo Piantedosi sloveniyalı həmkarı Boştyan Poklyukarı iki ölkə arasında sərhəddə sərhəd nəzarətinin tətbiqi barədə məlumatlandırıb. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sloveniya hökumətinin saytında dərc edilmiş məlumatda deyilir.

Qeyd olunur ki, Piantedosi sloveniyalı həmkarı ilə telefon danışığı zamanı Avropa və Yaxın Şərqdə gərgin vəziyyətə görə İtaliyanın Sloveniya ilə sərhəddə nəzarət tətbiq etmək qərarına gəldiyini deyib. Departamentin saytında deyilir: "Bu müvəqqəti tədbirin mahiyyəti terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədir".

Sloveniya Daxili İşlər Nazirliyinin rəhbəri, öz növbəsində, bu tədbirlərin müvəqqəti xarakter daşımasının zəruriliyini vurğulayıb.