Yüksək rütubət və həddindən artıq istilər İtaliyada üzüm məhsullarının bir hissəsinin məhv olmasına səbəb olub.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, hasilatın azalması səbəbindən ölkə əsas şərab istehsalçısı statusunu və liderliyini Fransaya itirmək riski daşıyır.

Bildirilib ki, İtaliyada pis hava şəraiti üzüm bağlarında sürətlə yayılan, giləmeyvələrə zərər verən və məhsuldarlığı azaldan toz küfünün yayılmasına səbəb olub.

 

Gözəl Həşimova