"İsveç NATO-nun nüvə silahlarının öz ərazisində yerləşdirilməsinə ehtiyac görmür". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson NATO-nun Brüsseldəki mənzil-qərargahında ölkə bayrağının qaldırılması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Biz NATO-ya üzv olanda bu ittifaqın bütün imkanlarını qəbul etdik. Tərəddüd etmirik ki, NATO-nun bütün müdafiə imkanlarına, o cümlədən nüvə strategiyalarına ehtiyac var. Digər tərəfdən, biz açıq şəkildə bildirdik ki, ölkənin sülh dövründə NATO-nun nüvə silahına ehtiyacı yoxdur”, - deyə o qeyd edib.

Bununla belə, ötən ilin dekabr ayında İsveç və ABŞ müdafiə nazirləri hərbi əməkdaşlıq sazişi imzalayıblar ki, bu da ABŞ hərbçilərinə İsveçin 17 bazası və hərbi zonasından istifadə hüququ verir.

 

Gözəl Həşimova