İsveçin xarici işlər naziri Tobias Billström də SVT-yə bildirib ki, təxribat İsveçin NATO-ya üzvlük prosesini pozub.


İqtisadiyyat.az xəbər verir ki, Billström, "Bu həyasız addım, dəyərli müttəfiqimiz Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiq etməsi üçün bir-birimizə güvənmə prosesini çətinləşdirmək və gecikdirmək riski daşıyır. Parlament sədrimiz Norlenin Türkiyəyə səfərinin ləğv edilməsinə təəssüf etsək də, anlayırıq. Türkiyənin reaksiyaları çox yaxşı, Türkiyə ilə əlaqələrimiz bizim üçün çox önəmlidir” - , deyə bildirib.


Tobias Billström, İsveçin təxribatla baltalanan NATO üzvlüyü prosesinin Rusiya üçün faydalı olduğunu müdafiə edərək, İkinci Dünya Müharibəsindən sonra İsveçin təhlükəsizliyi üçün ən əhəmiyyətli dövrü yaşadığlarını, bunun ciddiliyini kifayət qədər vurğulaya bilmədiyini qeyd edib.