İsveçin baş naziri Ulf Kristersson oktyabrın 13-də Qotland adasında Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşəcək və iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, hökumət ofisinin mətbuat xidmətindən verilən məlumata görə, liderlər həmçinin NATO və Ukraynaya birgə dəstək kimi təhlükəsizlik siyasəti məsələlərini müzakirə edəcəklər.

"Sazişin məqsədi ölkələr arasında innovasiyalar, tədqiqatlar, yaşıl keçid, ticarət və investisiya kimi sahələrdə əməkdaşlığı gücləndirməkdir. Təhlükəsizlik və müdafiə sahəsindəki mövcud dərin əməkdaşlıq gücləndirilir", - məlumatda bildirilir.