İsveçin baş naziri Ulf Kristersson NATO-nun Türkiyə ilə danışıqlarının normal şəkildə davam etdiyini və müsbət nöqtədə olduğunu bildirib.


İqtisadiyyat.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson paytaxt Stokholmda Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel ilə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.


NATO danışıqlarının Türkiyə ilə normal şəkildə davam etdiyini ifadə edən Kristersson, "Türkiyə İsveçin NATO üzvlüyünü təsdiqləməkdə müsbət nöqtədə olduğunu düşünürəm. Sonda qərarı Türkiyə verəcək" dedi.


28 NATO ölkəsinin İsveçin NATO üzvlüyünü təsdiqlədiyini xatırladan Kristersson, "Hər ölkənin ratifikasiya prosesinə hörmətlə yanaşırıq. İsveç və Finlandiya Türkiyə ilə Üçlü Memorandumun öhdəliklərini yerinə yetirir." - , deyə bildirib.