"Problemli kreditin artmaması üçün dayanıqlı addımlar atılmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri istehlak kredit portfelinin artmasının mümkün təsirlərinə toxunan deputat Vüqar Bayramov deyib.

 

O bildirib ki, regionlarda girov mexanizminin təkmil olmaması kreditlərin regionlarda fəaliyyət göstərən sahibkarlar, o cümlədən vətəndaşlar üçün əlçatanlığına mane olur:

"Kommersiya banklarının verdikləri kreditlərin 80%-i Bakının payına düşür. Bu isə o deməkdir ki, regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Bundan başqa, istehlak və ipoteka kreditlərinin portfeli artıb. Bu ilin ilk 5 ayı ərzində istehlak və ipoteka kreditləri portfeli 9 milyard 484 milyon manat təşkil edib. İstehlak kreditlərinin həcminin banklar tərəfindən artırılması növbəti mərhələdə problemli kreditlərin həcmini artıra bilər". 

Gülşən Şərif