Ötən il İstanbula gələn turistlərin sayı son 10 ildə 66% artaraq 17 milyon 370 minə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Müdirliyinin məlumatında deyilir.

Məlumata görə, 2013-cü ildə şəhəri 10 milyon 474 min 867 xarici turist ziyarət edib. Beləliklə, son 10 ildə şəhərə gələn turistlərin sayı 66% artıb.

İstanbula 2014-cü ildə 11 milyon 842 min 983, 2015-ci ildə 12 milyon 414 min 677, 2016-cı ildə 9 milyon 203 min 987, 2017-ci ildə 10 milyon 840 min 595, 2018-ci ildə 13 milyon 432 min 990, 2019-cu ildə 14 milyon 906 min 663, 2020-ci ildə 5 milyon 1981, 2021-ci ildə 9 milyon 25 min 4, 2022-ci ildə 16 milyon 18 min 726 turist gəlib.

 

Gözəl Həşimova