İsrailin keçmiş baş naziri (2006-2009-cu illər) Ehud Olmert NATO-ya HƏMAS yaraqlılarını məhv etmək üçün Qəzza zolağına müdaxilə etməyi və daha sonra ərazinin Fələstin Milli Administrasiyasının nəzarətinə keçməsini təklif edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "The Daily Telegraph"a müsahibəsində deyib.

"İndi mən Qəzzaya nəzarəti ələ keçirəcək beynəlxalq müdaxilə qüvvələrinin yaradılması üçün səy göstərməyi təklif edərdim. Ola bilsin ki, vəziyyəti sabitləşdirmək və normal həyatı müəyyən qədər bərpa etmək üçün NATO müdaxilə qüvvələri Qəzzə zolağına nəzarəti ələ keçirsin", - o qeyd edib. 

Olmert həmçinin bildirib ki, İsrail kəşfiyyat xidmətləri xaricdə, o cümlədən Qətərdə yaşayan HƏMAS liderlərini məhv etmək planları hazırlayır. Bundan əlavə, keçmiş baş nazir İranın İsraillə HƏMAS arasındakı hazırkı münaqişəyə qarışmayacağı fikrini də irəli sürüb.