İsraildən 72 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, onlar oktyabrın 12-13-də Azərbaycanın İsraildəki Səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində Mahaçqala, Dubay şəhərləri üzərindən birbaşa reys vasitəsilə yola salınıblar.

Eyni zamanda qeyd olunub ki, təyyarədə azərbaycanəsilli İsrail vətəndaşları da var.