İsrailin paytaxtı Təl-Əvivdə mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri üçün seçki qutuları qurulub.

İqtisadiyyat.az xəbər verir ki, seçicilər yerli vaxtla saat 09:00-dan başlayaraq Türkiyənin Tel-Əviv səfirliyində qurulan 2 seçki qutusunda səslərini verməyə başlayıblar.

Səsvermə saat 21:00-a qədər davam edəcək. Seçicilər mayın 7-si axşam saatlarına qədər qurulmuş qutularda səs verə biləcəklər.

Türkiyənin Təl-Əviv səfiri Şakir Özkan Torunlar Anadolu Agentliyinə (AA) açıqlama verərək, "Seçkilərin millətimizə və demokratiyamıza xeyirli olmasını diləyirik. Bu gün Təl-Əviv səfirliyimizdə xarici seçicilərimizin ilk səsvermə günüdür”.