İsraildə əsl çəyirtkə antenası ilə hazırlanan süni intellektli robot 8 fərqli qoxunu ayırd edə biləcək.


İqtisadiyyat.az xəbər veri ki, İsraildə inkişaf etdirilən üsulla robotlar artıq partlayıcı maddələri, dərmanları və hətta xəstəlikləri aşkar etmək üçün istifadə olunacaq.
 
Olfaktör robot süni intellektin köməyi ilə səkkiz saf qoxunu, o cümlədən marzipan və limonu ayırd edə bilib.
 
Bu üsulun sensorlar vasitəsilə bioloji burun yaradacaq bir texnologiyanın yolunu açacağı düşünülür.
 
Bu texnologiyanın hava limanlarında narkotik itləri əvəz edə biləcəyi nəzərdə tutulur.