İsrail parlamenti (Knesset) Qəzza zolağında münaqişə boyu işləyəcək “fövqəladə hökumət”in yaradılmasını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin parlamenti məlumat yayıb.

Məlumata görə, Qəzza zolağı ilə müharibə dövründə fəaliyyət göstərəcək fövqəladə vəziyyət hökuməti 64 deputatın dəstəyi ilə təsdiqlənib. Bəyanatda İsrailin əsas müxalifət lideri və keçmiş Baş nazir Yair Lapidin bu hökumətə qatılmadığı bildirilib.

Bəyanatda qeyd edilir ki, fövqəladə hökumət sazişi İsrail daxilində parçalanma və kütləvi etirazlara səbəb olan mübahisəli məhkəmə islahatı qanunvericiliyinin dondurulmasını da əhatə edir.

 

Gözəl Həşimova