"İsrail təhlükəsizlik qüvvələri gecə reydləri zamanı İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 46 fələstinlini saxlayıb, onlardan 27-si HƏMAS fəalıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"IDF, Sərhəd Polisi və İsrail Baş Təhlükəsizlik Xidmətinin qüvvələri terrorizmlə mübarizə çərçivəsində gecə saatlarında Yəhudeya və Samariyanın müxtəlif məntəqələrində (İsrailin İordan çayının qərb sahili – red.) əməliyyat keçirib və axtarışda olan 46 nəfəri həbs edib. Bunlardan 27-si HƏMAS terror təşkilatının fəallarıdır", - deyə məlumatda bildirilir.