"HƏMAS qruplaşması girovları azad etməsə və silahlarını yerə qoymasa, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında quru əməliyyatı demək olar ki, qaçılmazdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus Avstraliyanın "ABC" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, HƏMAS silahı yerə qoysa, 212 girovu azad etsə və qeyd-şərtsiz təslim olsa, Qəzzada quru əməliyyatı ləğv ediləcək.

Xatırladaq ki, İsrailin HƏMAS-la müharibəsi oktyabrın 7-dən davam edir.

 

Gözəl Həşimova