İsrail ordusunun döyüşçüləri Qəzza zolağında HƏMAS-ın artilleriya qüvvələrinin rəis müavini Məhəmməd Qatmaşın olduğu əraziyə zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"IDF döyüşçüləri HƏMAS-ın mərkəzi briqadasında artilleriya əməliyyatlarına cavabdeh olan HƏMAS artilleriya kompleksinin rəis müavini Məhəmməd Qatmaşı öldürüblər", - deyə məlumatda bildirilir.

"Qatmaş əvvəlki döyüşlərdə Qəzza zolağından İsrailə hücumların planlaşdırılmasında və həyata keçirilməsində mühüm rol oynayıb", - hərbçilər əlavə edib.

Mətbuat xidməti qeyd edib ki, oktyabrın 22-də səhər saatlarından etibarən IDF Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə zərbələr endirməkdə davam edir.