Son 24 saat ərzində Qəzza zolağında gedən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (İDF) 4 əsgəri həlak olub.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, Qəzza zolağında quru əməliyyatı başlayandan HƏMAS-a qarşı döyüşlər zamanı həlak olan israilli əsgərlərin sayı 224-ə çatıb.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni eskalasiya mərhələsi başlayandan bəri isə həlak olan İsrail hərbçilərinin sayı artıq 550-ni keçib.

 

Əli Ağayev