İsrail ordusu bu saatlarda Qəzza zolağının cənub hissəsində yerli sakinlərin su və qidadan istifadə edə bilməsi üçün taktiki fasilə elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri mülki əhalinin ərzaq və su ehtiyatlarını artırması üçün humanitar səbəblərdən taktiki fasilələr verir. 

 

Gözəl Həşimova