"Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatına aid 1,5 mindən çox tunel və yeraltı keçid aşkarlayıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail ordusu HƏMAS-a aid 1,5 minə yaxın tunel və yeraltı keçidi müəyyən edib. Bu yeraltı tikililərin əksəriyyəti məktəblər, xəstəxanalar, məscidlər, BMT obyektləri və mülki qurumların altında aşkar edilib", - deyə hesabatda qeyd olunub.

"HƏMAS mülki əhalidən canlı qalxan kimi istifadə edir və bu, Qəzza zolağında yeraltı obyektlərin yerləşdiyi yerlərdən bir daha aydın olur", - mətbuat xidməti qeyd edib.