İsrail hərbçiləri Qəzza zolağında son 24 saat ərzində gedən döyüşlər zamanı üç silahlı qruplaşmanı və azı 25 silahlı radikalı məhv edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Xüsusilə, sektorun mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsi ərazisində İsrail hərbçiləri möhkəmləndirilmiş mövqedə olan 15-ə yaxın terrorçunu məhv etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib. Bundan əlavə, Nuseyratda HƏMAS yaraqlılarının koordinatoru və HƏMAS snayper hücrəsinin komandirinin olduğu düşərgəyə hava zərbələri endirilib. Qəzza zolağının mərkəzi hissəsindəki digər ərazilərdə İsrail qoşunları son 24 saat ərzində təxminən on terrorçunu məhv edib, həmçinin üç terrorçu qrupunu müəyyənləşdirib və məhv ediblər", - mətbuat xidməti qeyd edib.