"İsrail Hərbi Hava Qüvvələri bütün Qəzza zolağında HƏMAS hərəkatının hava bölməsinin hədəflərinə zərbələr endirib, İsrail Müdafiə Qüvvələri (IDF) anklavda Xan Yunis və Əz-Zeytun əməliyyatlarını da davam etdirir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının hər yerində HƏMAS-ın hava bölmələrinə silsilə zərbələr endirib. Vurulan terrorçuların hədəfləri arasında İsrail ərazisinə istiqamətlənmiş bir sıra reaktiv yaylım atəşi sistemləri də olub", - məlumatda qeyd olunub.

"IDF qoşunları Xan Yunisin qərbində əməliyyatları davam etdirir. Son 24 saat ərzində dinc əhalinin döyüş bölgələrindən təxliyyəsi zamanı qoşunlar dinc əhalinin arasında gizlənərək qaçmağa çalışan terrorçuları müəyyən edib və saxlayıblar. Bölgədəki digər əməliyyatlar zamanı qoşunlar bir neçə terrorçunu məhv edib, silahlar aşkar edilib", - deyə mətbuat xidməti əlavə edib.