"İsrail Müdafiə Qüvvələrinin (IDF) döyüş təyyarələri, döyüş helikopterləri və pilotsuz uçuş aparatları (PUA) İsrail ərazisini atəşə tutmasına cavab olaraq Hizbullahın bir sıra hərbi obyektlərinə silsilə hücumlar həyata keçirib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"IDF Livandakı Hizbullah hədəflərinə qarşı bir sıra hücumlar həyata keçirib. Qırıcı təyyarələr, hücum helikopterləri və PUA-lar Livanda terrorçuların hədəflərinə, hərbi obyektlərinə, raket obyektlərinə, əməliyyat qərargahına və Hizbullahın silah anbarına hücum edib", - bəyanatda deyilir.

Çərşənbə günü ordunun mətbuat xidməti bildirib ki, İsrailin şimalında hava hücumu sirenləri işə düşüb: "İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə iki yer-hava raketi atılıb". 

"Hücumlara cavab olaraq IDF artilleriyası Livana zərbələr endirib", - ordu əlavə edib.