"Qəzzaya quru yolla hücum aylarla davam edə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant Qəzza sərhədi yaxınlığında keçirilən "Hava Qüvvələri Əməliyyat Komandanlığı"nın toplantısında açıqlamasında deyib.

"İsrail ordusunu dayandıra biləcək heç bir şey yoxdur. Manevrin əməliyyat tərəfi hava imkanları və quru əməliyyatlarından ibarətdir. Qəzzada quru əməliyyatı orada son müharibə olmalıdır, çünki ondan sonra HƏMAS olmayacaq. Bu, bir ay, 2 ay, 3 ay çəkə bilər, amma sonda orada HƏMAS qalmayacaq”, - deyə o, bildirib.

 

Gözəl Həşimova