İsrail HƏMAS qruplaşması ilə oktyabrın 7-dən bəri davam edən müharibə səbəbilə təxminən 30 milyard şekel (7,8 milyard dollar) borc alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, oktyabrın 7-dən bu yana təxminən 8 milyard dollar borc alınıb ki, bunun da yarısından çoxu beynəlxalq bazarlarda emissiyadır.

Maliyyə Nazirliyi dünən keçirilən həftəlik istiqraz hərracında yerli bazardan daha 3,7 milyard şekel (təxminən 1 milyard dollar) satın alıb.

Bildirilib ki, borclanma hökumətin bütün ehtiyaclarını tam və optimal şəkildə maliyyələşdirməyə imkan verib.

Bundan əlavə, ölkənin valyutası olan şekel dollar qarşısında son 10 ilin ən aşağı səviyyəsinə enib.

İsrail Mərkəzi Bankının məlumatına görə, ölkənin valyuta ehtiyatları 7,3 milyard dollar azalaraq 191,2 milyard dollar olub. Bundan əlavə, iqtisadiyyatın yavaşlaması səbəbindən İsrailin vergi gəlirlərinin də azaldığı bildirilib.

 

Gözəl Həşimova