İspaniyada son bir gündə 523 nəfər koronavirusun qurbanı olub. 

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 18 579 nəfər çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 008 000-i ötüb. Bunların 486 247 nəfəri sağalıb, 127 147 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.