İspaniyada son bir gündə 386 nəfər koronavirusun qurbanı olub.

Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da krallıqda pandemiyadan ölənlərin sayı 19 516 nəfərə çatıb. Məlumatda həmçinin vurğulanıb ki, son sutkada daha 5 252 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İspaniyada infeksiyaya yoluxma faktlarının sayı 188 068-a yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 192 000-i ötüb. Bunların 554 214 nəfəri sağalıb, 147 360 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.