İsmayıllıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, İsmayıllı şəhərində 10-HB-713 dövlət nömrə nişanlı "VAZ 2106" və 10-SV-279 dövlət nömrə nişanlı "VAZ 2109" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.