Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.