İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Paylaşımda aşağıdakı ifadələr yer alıb:

"İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu Türk Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Harada olursa olsun terror təşkilatı PKK ilə mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!"