Bağdad və Ankara İraqda su çatışmazlığı səbəbindən su ehtiyatları komitəsi yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn və türkiyəli həmkarı Hakan Fidan razılığa gəliblər.

"İqlim dəyişikliyi, quraqlıq İraq cəmiyyətini və kənd təsərrüfatını təhdid edir, biz bu komitə vasitəsilə davamlı olaraq birlikdə işləməliyik" , - deyə Fuad Hüseyn vurğulayıb.

 

Gözəl Həşimova