İranda koronavirusdan ölənlərin sayı 4 958 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mətbuata açıqlamasında deyib.
O bildirib ki, son 24 saatda ölkədə koronavirusdan ölənlərin sayı ötən günlə müqayisədə 3 nəfər azalaraq 89 nəfər olub. Bununla da ölkədə virusa yoluxanların sayı 79 494, ölənlərin sayı isə 4 958 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün açıqlanan nəticələrdə koronavirusdan ölənlərin sayı 92 nəfər olub.