İranın Cənubi Xorasan vilayətində güclü zəlzələ baş verib.

Bu barədə İranın "Irna" agentliyi məlumat yayıb.

Bəşəruyə adlanan bölgədə qeydə alınan zəlzələnin 5.4 bal gücündə olduğu bildirilib.

Dövlət rəsmiləri dağıntı və tələfat barədə məlumat verməyib.