İranda daha 174 nəfər pandemiyanın qurbanı olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda ölkədə 2 634 yeni yoluxma faktı qeydə alınıb.

Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 320 117-yə yüksəlib. Onlardan 17 976 nəfəri ölüb, 277 463 nəfəri sağalıb.report