Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, Lavrov İranda həmkarları ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək. Görüşün gündəliyinə Azərbaycan və Ermənistan arasında sülh məsələsi də daxil edilib.

Xatırladaq ki, “3+3” formatında məsləhətləşmələr Cənubi Qafqazın üç ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın, eləcə də bu regionun ən yaxın üç qonşusunun – Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur. Formatın ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib, Gürcüstan iclasda iştirakdan imtina edib. Bu görüş xarici işlər nazirləri səviyyəsində ilk görüş olacaq.

 

Gözəl Həşimova