İranda daha 169 nəfər pandemiyanın qurbanı olub.

 “Anadolu” agentliyi xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, son 24 saatda 2 501 yeni yoluxma faktı qeydə alınıb.

Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 338 825-ə yüksəlib. Ümumilikdə, 19 331 nəfər isə koronavirusun qurbanı olub.