Avropa İttifaqı (Aİ) ölkədə insan hüquqlarının pozulması səbəbindən İrana qarşı 9-cu sanksiya paketini qəbul edib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, İranın 7 məmurunun adı qara siyahıya salınıb - iki qubernator, bir prokuror, bir hakim müavini və üç polis əməkdaşı.

Adları qara siyahıya salınan şəxslərin hamısına İttifaq ölkələri ərazisinə girişi bağlanıb və onların Avropadakı aktivlərinin bloklanacağı qərara alınıb.