"Birləşmiş Millətlər Təşkilatı (BMT) və Təhlükəsizlik Şurası Qəzza zolağındakı münaqişəni dayandırmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib.

Onun sözlərinə görə, eyni zamanda ABŞ hökuməti İsraili dəstəkləməkdə, bu ölkəyə silah tədarük etməkdə və BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı qətnamələrinə veto qoymaqda davam edir.

Kənani həmçinin bildirib ki, ABŞ nəinki münaqişənin qızışdırılmasında böyük rol oynayıb, həm də onun başa çatmasına mane olur.

 

Gözəl Həşimova