İran və Hindistanın hərbi dəniz qüvvələri Bəndər Abbas limanı yaxınlığında birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.

Məlumata görə, İran Hərbi Dəniz Qüvvələrinin 1-ci Dairəsinin və Hindistanın Hərbi Attaşesinin rəsmi görüşündə Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə “Trikand” freqatı arasında birgə təlimlərin keçirilməsi nəzərdə tutulub.