İran İslam Respublikası sentyabrın 22-dək neft hasilatını gündəlik 3,5 milyon barelə çatdırmağı planlaşdırır.

İqtisadiyyat.az "Shana" agentliyinə istinadən xəbər verir ki, bu barədə barədə İran Milli Neft Şirkətinin (NIOC) baş direktoru Möhsan Xocaste Mehr bildirib.

Onun sözlərinə görə, gələn həftə İranda ixrac üçün neft hasilatı 150 min barel artacaq. Halbuki, 2021-ci ilin avqust ayında respublikada gündəlik neft hasilatı 2,2 milyon barel təşkil edib.

 

Gözəl Həşimova