İngiltərədə 6 uşaq "Strep A" adlı bakterial infeksiyasından dünyasını dəyişib. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) sentyabr ayından bu yana ölkədə 5-i 10 yaşdan kiçik olmaqla 6 uşağın Strep A infeksiyası səbəbindən öldüyünü təsdiqləyib. UKHSA, ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edərək, xəstəliyin əvvəlki illərə nisbətən daha çox olduğunu bildirib. Artımı cəmiyyətdə bakteriyaların yüksək olması ilə bağlı əlaqələndirirlər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, Strep A infeksiyalarının  şiddətlənməsi COVID-19 epidemiyasından sonra immunitetin azalması ilə bağlı ola bilər.