2023-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələri 3 milyard 206,5 milyon manatlıq xidmət göstərib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2022-ci illə müqayisədə 16,3 % çoxdur.

Ötən il xidmətlərin 71,8 %-i əhali sektoruna aid olub, 36,1 %-i və yaxud 1 158,5 milyon manatı mobil rabitə sahəsində formalaşıb.