İndoneziyada 37 nəfərin olduğu balıqçı qayığının çevrilməsi nəticəsində 2 nəfər ölüb, 24 nəfər itkin düşüb.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, martın 9-da Cakartadan Bali yaxınlığındakı Lombok adasına gedən balıqçı qayığı fırtınanın yaratdığı yüksək dalğalar səbəbindən çevrilib.

Axtarış-xilasetmə qrupları əraziyə cəlb olunub. Hadisə nəticəsində 11 nəfərin xəsarət alması, 2 nəfərin öldüyü, 24 nəfərin isə itkin düşdüyü bildirilib.

Səlahiyyətlilər xilas edilən insanlara yaxınlıqdakı sağlamlıq mərkəzlərində tibbi yardım göstərildiyini, vəziyyətlərinin stabil olduğunu, itkin düşən 24 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib.