"Twitter" loqosu "X" olaraq dəyişdikdən sonra şirkətin əsas binasındakı ofis mebelləri hərraca çıxarılacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, amerikalı milyarder İlon Mask şirkətin əsas binasındakı köhnə loqo olan əşyaların hərraca çıxarılmasına qərar verib. 

Hərraca çıxarılan əşyalar arasında "Twitter"in köhnə loqosu olan quş şəkilli qəhvə masası, neon işıqlarla hazırlanmış quş loqosu, ofis mebelləri, musiqi alətləri, rəsm əsərləri və ofis binasındakı böyük mavi quş loqoları var. 

Hərrac sentyabrın 12-də başlayacaq və sentyabrın 14-də başa çatacaq.

Gülşən Şərif