Avropa İttifaqı və Çin 2023-cü ilin sonuna qədər ikitərəfli sammit keçirmək niyyətindədir.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Hindistanda keçirilən "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Çianın görüşünün yekunlarına dair bəyanatında deyilir.

"Hər iki tərəf sabit və konstruktiv münasibətlərin davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər. Mişel ilin sonuna qədər Aİ-Çin sammitinin keçirilməsində maraqlı olduğunu təsdiqləyib", - sənəddə qeyd olunur.